FHN Akademiyasında gənc kursantların hərbi andiçmə mərasimi keçirilib

FHN Akademiyasında gənc kursantların hərbi andiçmə mərasimi keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Hadisə
7 Oktyabr , 2022 13:11
FHN Akademiyasında gənc kursantların hərbi andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və general-leytenant Raqim Lətifov, Akademiyanın müəllim və professor heyəti, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, Vətən müharibəsi qaziləri, FHN Akademiyasının kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra FHN-in Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən E.Mirzəyev kursantları, məzunları və onların valideynlərini təbrik edib: "FHN-in bir qrup əməkdaşı da işğalçılara qarşı Vətən savaşında könüllü olaraq ordu sıralarında sücaətlə döyüşüb".

Nazir müavini işğaldan azad olunmuş ərazilərin minalardan və partlayış təhlükəli əşyalardan təmizlənməsi istiqamətində nazilik tərəfindən görülən işlərdən də danışıb: "Təkcə minatəmizlə işlərinin sürətləndirilməsi məqsədilə 4 ədəd yeni minatəmizləyən robot texnikası alınıb".

Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil ocağında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalaviat səviyyəsində əyani və qiyabi təhsil və həmin ixtisasların 3 ixtisaslaşma üzrə magistratura səviyyəsində tədris prosesinin təşkil olunduğunu, bu günədək bakalaviat səviyyəsi üzrə 1130 nəfər, magistratura səviyyəsi üzrə isə 76 nəfərin təhsilini başa vurduğunu deyib.

O bildirib ki, məzunlanrdan bakalaviat səviyyəsi üzrə 34 nəfər, magistratura səviyyəsi üzrə isə 20 nəfər təhsilini fərqlənmə diplomu ilə başa vurub: "B u il Akademiyanın əyani şöbəsinə bakalaviat səviyyəsində 100 nəfər, qiyabi şöbəsinə 21 nəfər, magistraturaya isə 15 nəfər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda yüksək bal toplayaraq qəbul olub".

Tədbir FHN-in müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi