Fevral ayında Xəzərdə itkin düşən iki balıqçıdan birinin meyitinin qalıqları tapılıb

Fevral ayında Xəzərdə itkin düşən iki balıqçıdan birinin meyitinin qalıqları tapılıb Tapılan insan qalıqlarının Lənkəran rayonunun 22 yaşlı sakini İbrahim Məmmədzadəyə aid olduğu müəyyən edilib
Hadisə
30 İyun , 2015 10:39
Fevral ayında Xəzərdə itkin düşən iki balıqçıdan birinin meyitinin qalıqları tapılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu ilin fevralında Xəzər dənizinin Lənkəran rayon hissəsində itkin düşən iki balıqçıdan birinin meyitinin qalıqları tapılıb. 

"Report" xəbər verir ki, Lənkəran Rayonlararası Məkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzində aparılan müayinədən sonra antropometrik ölçülər dəqiqləşdirilib. Tapılan insan qalıqlarının Lənkəran rayonunun 22 yaşlı sakini İbrahim Məmmədzadəyə aid olduğu müəyyən edilib. İ.Məmmədzadənin anası da övladı balıq tutmağa gedərkən məhz meytin qalıqlarının üzərindəki geyimdə olduğunu təsdiqləyib. 

Qeyd edək ki, itkin düşən balıqçıların hər ikisi Lənkəran rayonunun Balıqçılar qəsəbəsinin sakinləri olub. 32 yaşlı Ceyhun Mahmudov və 22 yaşlı İbrahim Məmmədzadə birlikdə motorlu qayıqlarla balıq ovuna çıxıblar. Onlar sahildən təxminən 15 km aralandıqdan sonra külək qalxıb. Bundan sonra balıqçılardan xəbər tutmaq mümkün olmayıb. Onların axtarışları nəticəsiz qalmışdı. Balıqçının meytinin qalıqları dəniz kənarında qamışlıqda aşkar edilib.

Son xəbərlər

Orphus sistemi