Bakıda fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakıda fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi başlanılıb Müvafiq ekspertizalar təyin edilib
Hadisə
25 Yanvar , 2016 15:16
Bakıda fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu Bakıda baş verən faciəvi hadisə ilə bağlı rəsmi məlumat yayıb. 

Prokurorluqdan “Report”a verilən məlumata görə, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi