Falçı şəhidin həyat yoldaşını aldadıbmış - FOTO

Falçı şəhidin həyat yoldaşını aldadıbmış - FOTO Qusarda oğurluq edilən ev şəhidin evi olub.
Hadisə
613
30 İyun , 2021 16:09
Falçı şəhidin həyat yoldaşını aldadıbmış - FOTO
Aygün Abdullayeva və Elçin Abdullayev

Qusar rayonunda falçının evdən oğurluq etməsi hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ilə ora daxil olduğunu və 11 800 manat pulunu oğurladığını bildirib.

Məlum olub ki, qarət olunan qadın Vətən müharibəsi şəhidi Çoban Nurmətovun həyat yoldaşı Əfsanə Nurmətovadır.

Hadisəni isə Yevlax rayon sakini Aygün Abdullayeva adlı qadın törədib.

Qadın həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

Onların barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi aşılıb, araşdırmalar aparılır.

A.Abdullayeva tutulan zaman pulun bir hissəsini və qızıl üzüyü zərəçəkmişə qaytarıb.

Qeyd edək ki, şəhid Ç.Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub.

Son xəbərlər

Orphus sistemi