​"Facebook" şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub

​"Facebook" şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Noyabr , 2015 16:47
​Facebook şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Elvin Muradovu bıçaqlamaqda təqsirləndirilən 1998-ci il təvəllüdlü Rövşən Elşad oğlu Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Şahmarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il baş verib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan R.Şahmarov E.Muradova 18 bıçaq zərbəsi endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardım göstərməsi nəticəsində E.Muradovun həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb isə R.Şahmarovun "Facebook" sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında E.Muradovun yazdığı şərh olub. Həmin şərhə görə onların arasında mübahisə düşüb. Mübahisə isə R.Şahmarovun bıçağa əl atması ilə nəticələnib. R.Şahmarov gecə saatlarında E.Muradovun dediyi ünvana gedərək onu bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi