Əvvəllər məhkum olunan qadın Bakıda oğurluğa cəhd göstərdiyinə görə tutulub

Əvvəllər məhkum olunan qadın Bakıda oğurluğa cəhd göstərdiyinə görə tutulub O, Aysel Allahverdiyevaya məxsus içərisində 40 manat və 100 ABŞ dolları olan pul kisəsini oğurlamağa cəhd göstərib
Hadisə
30 Yanvar , 2016 12:42
Əvvəllər məhkum olunan qadın Bakıda oğurluğa cəhd göstərdiyinə görə tutulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Əvvəllər məhkum olunan qadın Bakıda oğurluğa cəhd göstərdiyinə görə tutulub. 

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yanvarın 29-da metronun “28 May” stansiyasının qarşısında Abşeron rayon sakini Aysel Allahverdiyevaya məxsus içərisində 40 manat və 100 ABŞ dolları olan pul kisəsini oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Sevinc Hüseynovanı Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayıb və 22-ci Polis Bölməsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi