Evində narkotik və odlu silah gizlədən şəxs saxlanılıb

Evində narkotik və odlu silah gizlədən şəxs saxlanılıb İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narko
Hadisə
27 Yanvar , 2022 08:28
Evində narkotik və odlu silah gizlədən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi