Əvəz Zeynallı cərimələnərək sərbəst buraxılıb

Əvəz Zeynallı cərimələnərək sərbəst buraxılıb Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub.
Hadisə
20 Dekabr , 2017 17:32
Əvəz Zeynallı cərimələnərək sərbəst buraxılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub.

"Report"un məlumatına görə, o, 200 manat cərimələnərək sərbəst buraxılıb.

Xatırladaq ki, Ə.Zeynallı ötən gün çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb. 

Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi