Yuxarı

​Evdən maşın qaçıran imişli sakini qəza törədib, sürücü ağır yaralanıb

Cəlal Cavadbəylinin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib

Bakı. 24 may. REPORT.AZ/ İmişlidə sürücünün ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunda Kökəltmə adlanan ərazidə qeydə alınıb.

İmişli şəhəri, Ramiz Əliyev küçəsi, 9 ünvanında yaşayan 24 yaşlı Cəlal Akif oğlu Cavadbəyli ilkin məlumata görə, icazəsiz “Hundai Sonata” markalı avtomobili evdən qaçırıb. O, avtomobildə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra ona ilk tibbi yardım göstərilib. Lakin Cəlal Cavadbəylinin vəziyyəti ağır olduğundan o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi