Yuxarı

"Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin finalında çıxışlar başa çatıb

​"Eurovision-2019" müsabiqəsinin finalında çıxışlar başa çatıb

Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin finalında iştirakçıların çıxışları başa çatıb.

"Report" xəbər verir ki, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə mübarizə aparır.

Yarışmada ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.

Tamaşaçılar xoşlarına gələn mahnıların müəlliflərinə səsverməyə başlayıblar.

Tamaşaçıların qarşısında Malta, Albaniya, Çexiya və Almaniyadan, Rusiyadan, Danimarkadan, San-Marinodan, Şimali Makedoniyadan, İsveçdən, Sloveniyadan, Kiprdən, Niderlanddan, Yunanıstandan, İsraildən, Norveçdən, Böyük Britaniyadan, İslandiyadan, Estoniyadan, Belarusdan, Azərbaycandan, Fransadan, İtaliyadan, Serbiyadan, İsveçrədən, Avstraliya və İspaniyadan ifaçılar çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi