ETSN: Badamdarda sürüşmə sahəsindəki evlərin hasarları uçub

ETSN: Badamdarda sürüşmə sahəsindəki evlərin hasarları uçub Bakı. 15 oktyabr. REPORT.AZ/ Badamdarda sürüşmə ərazisində aktivlik davam edir.
Hadisə
15 Oktyabr , 2018 18:36
ETSN: Badamdarda sürüşmə sahəsindəki evlərin hasarları uçub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Badamdarda sürüşmə ərazisində aktivlik davam edir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının, təxminən, 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

Son xəbərlər

Orphus sistemi