ETSN: Badamdarda növbətçilik əsasında müşahidələr davam etdirilir

ETSN: Badamdarda növbətçilik əsasında müşahidələr davam etdirilir Bakı. 13 oktyabr. REPORT.AZ/ Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.
Hadisə
122
13 Oktyabr , 2018 20:57
ETSN: Badamdarda növbətçilik əsasında müşahidələr davam etdirilir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahın son məlumatında deyilir.

Bildirilir ki, sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.

"Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

Son xəbərlər

Orphus sistemi