Ermənistan parlament aparatının rəhbərinin keçmiş müavini həbs edilib

Ermənistan parlament aparatının rəhbərinin keçmiş müavini həbs edilib Ermənistan parlament aparatının rəhbərinin keçmiş müavini Arsen Babayan həbs edilib.
Hadisə
24 Oktyabr , 2019 12:41
Ermənistan parlament aparatının rəhbərinin keçmiş müavini həbs edilib

Ermənistan parlament aparatının rəhbərinin keçmiş müavini Arsen Babayan həbs edilib.

"Report" xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, oktyabrın 24-də məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Arsen Babayan 2018-ci ildə parlament administrasiyası rəhbərinin müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı olarkən bir qrup vəzifəli şəxsə Ermənistanın Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəməkdə kömək göstərib. O həmçinin fırıldaqçı xarakterli hərəkətlər də edib.

Məlumata görə, Ermənistan parlamentinin keçmiş spikeri Ara Babloyan hakimiyyətin mənimsənilməsində şübhəli bilinən cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi