“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycanın işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesində aparılmış məhkəmə müşahidələrinin yekun hesabatını bir sıra beynəlxalq təşkilatlara təqdim edib.
"Report"un xəbərinə görə, həmin təşkilatlar aşağıdakılardır:
ICRC - Beynəlxalq Qırmızı Xaç Komitəsi
"Amnesty International"
International NGO Alliance on Crime Prevention and Criminal Justice (Cinayətkarlığın qarşının alınması və Cinayət Ədliyyəsi üzrə QHT Alyansı)
NGO Coalition for ICC - (Beynəlxalq Cinayət Məhkəməsi uğrunda QHT koalisiyası)
OHCHR - ( BMT İnsan Hüquqları Komissarlığı ofisi)
CoE Human Rights Directorate - ( Avropa Şurası İnsan Hüquqları Direktoratı və İşgəncələr Əleyhinə Komitə)
Fair Trials Beynəlxalq təşkilatı
International Bar Association Human Rights Institute - (Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu).