​Ermənilərin açdığı atəş nəticəsində FHN-in əməkdaşı yaralanıb

​Ermənilərin açdığı atəş nəticəsində FHN-in əməkdaşı yaralanıb Hadisə evdə yanğının söndürülməsi zamanı baş verib
Hadisə
4 aprel 2016 17:36
​Ermənilərin açdığı atəş nəticəsində FHN-in əməkdaşı yaralanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Ağdam rayonu, Evoğlu kəndində fərdi yaşayış evinə erməni hərbi birləşmələri tərəfindən atılmış mərmi nəticəsində evin bir hissəsi dağılıb, digər hissəsində isə yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin  (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qüvvələri yanğını söndürərkən yenidən erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalıb və 1 nəfər yanğınsöndürən qəlpə yarası alıb.

Orphus sistemi