Yuxarı

Ermənilər yaşayış məntəqələrini atəşə tutub, bir neçə evdə yanğın baş verib - FOTO - VİDEO

Ermənilər Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

Tərtər. 4 aprel. REPORT.AZ/ Ermənilər Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, ötən gecə Tərtərin yaşayış məntəqələri ağır artilleriya qurğularından şiddətli atəşə tutulub. Nəticədə rayonun Qaraqoyunlu kəndinə bir neçə mərmi düşüb. Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıdıb. Hadisə zamanı ev sahibləri əkin sahələrində olduğu üçün xəsarət alan olmayıb.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədr müavini İlqar Musayev "Report"a açıqlamasında bildirib ki, ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Qaraqoyunlu kəndinə ciddi ziyan dəyib: "Kəndin elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz boruları zədələnib. Fərdi yaşayış evlərinə qrad mərmisinin düşməsi nəticəsində bir neçə evdə yanğın baş verib".
İ.Musayev əlavə edib ki, Tərtərin Qapanlı kəndi də atəşə məruz qalıb və yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi