Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən çobanın məhkəməsi başlayıb

Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən çobanın məhkəməsi başlayıb Bakı. 3 yanvar. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
1123
3 Yanvar , 2019 19:13
Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən çobanın məhkəməsi başlayıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Ağstafa rayonunun Qarayazı qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən fermada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.İbrahimov münaqişə zəminində tüfəngdən iki dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

Nəticədə S.Nəsibov hadisə yerində ölüb, Ş.Həmşəyeva yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi