Əmisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Əmisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Əmisini öldürməkdə təqsirləndirilən Bahadur İsmayılovun məhkəməsi başlayır.
Hadisə
24 Avqust , 2022 09:09
Əmisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Əmisini öldürməkdə təqsirləndirilən Bahadur İsmayılovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin aprelində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydə alınıb.

Belə ki, ittiham aktına görə, rayon sakini B.İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov bir neçə gün sonra ölüb.

B.İsmayılova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi