​Emin Millinin qaynının məhkəməsində işi aparan müstəntiq ifadə verib

​Emin Millinin qaynının məhkəməsində işi aparan müstəntiq ifadə verib Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib
Hadisə
10 Mart , 2016 17:12
​Emin Millinin qaynının məhkəməsində işi aparan müstəntiq ifadə verib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə N.Ağabəyovun vəkili Adil İsmayılovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Əflatun Səlimov əlavə şahid qismində ifadə verib.

Ə.Səlimov ifadəsində cinayət işi tərtib olunarkən bəzi texniki səhvlərə yol verildiyini bildirib.

Xatırladaq ki, ötən prosesdə cinayət işinin materiallarındakı sənədlər tədqiq olunarkən ziddiyyətlər ortaya çıxıb. Məlum olub ki, Nazim Ağabəyov barədə materiallar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə iyulun 24-də daxil olub və həmin gün də müstəntiq Ə.Səlimova müvafiq araşdırma aparılması tapşırılıb. Cinayət işinin başlanması barədə qərar isə 23 iyul tarixində verilib. Daha sonra N.Ağabəyovun hüquqlarını müdafiə edən A.İsmayılov vəsatətlə çıxış edib. Ə.Səlimovun məhkəmədə əlavə şahid qismində ifadə verməsini istəyib. Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, 2015-ci il iyulun 23-də Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

N.Ağabəyov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi