Yuxarı

​Emin Millinin qaynının məhkəməsində polis əməkdaşı ifadə verib

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Naib Məmmədov şahid qismində ifadə verib. N.Məmmədov deyib ki, N.Ağabəyovun narkotik maddə istifadə etdiyi və üzərində gəzdirdiyi haqda əməliyyat məlumatı daxil olub. Polis həmin məlumat əsasında N.Ağabəyovu saxlayıb. Şahid bildirib ki, onun üzərinə baxış keçirən zaman narkotik maddə aşkarlayıblar.   

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi