Əməliyyat qərargahı: "An-148" təyyarəsində bir Azərbaycan vətəndaşı olub

Əməliyyat qərargahı: "An-148" təyyarəsində bir Azərbaycan vətəndaşı olub Digər iki əcnəbi İsveçrə və Qazaxıstan vətəndaşları olub
Hadisə
11 Fevral , 2018 21:09
Əməliyyat qərargahı: An-148 təyyarəsində bir Azərbaycan vətəndaşı olub

Bakı. 11 fevral. REPORT.AZ/ "An-148" təyyarəsində bir Azərbaycan vətəndaşı olub, digər iki əcnəbi barədə məlumatlar hələ ki, öz təsdiqini tapmayıb.

“Report” xəbər verir ki, bu barədə hadisə yerində olan Əməliyyat qərargahının nümayəndəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"İlkin olaraq, göyərtədə bir Azərbaycan vətəndaşı olub. Daha iki əcnəbi vətəndaş barədə məlumat daxil olub, onlar hələ ki, öz təsdqini tapmayıb. Hadisə yerində iş davam etdirilir", - deyə həmsöhbət bildirib.

Orsk şəhər administrasiyasının mətbuat katibi Yelena Abramovanın TASS-a verdiyi məlumata görə, "Saratov Hava Yolları" aviaşirkətinə məxsus qəzaya uğramış "An-148" təyyarəsinin göyərtəsində üç əcnəbi - Azərbaycan, İsveçrə və Qazaxıstan vətəndaşları olub.

"Xarici vətəndaş, ehtimal ki, üç nəfər idi: İsveçrə vətəndaşı, Azərbaycan vətəndaşı və Qazaxıstan vətəndaşı. Məlumatlar hələ dəqiqləşdirilir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi