Əməkdar kənd təsərrüfatı işçisi vəfat edib

Əməkdar kənd təsərrüfatı işçisi vəfat edib Bu gün Laçın Rayon Ağsaqqallar Şurasının üzvü,Əməkdar Kənd Təsərrüfatı işçisi Ağaxan Mirzə oğlu Nəzərov vəfat edib.
Hadisə
7 Avqust , 2021 14:15
Əməkdar kənd təsərrüfatı işçisi vəfat edib

Laçın Rayon Ağsaqqallar Şurasının üzvü, əməkdar kənd təsərrüfatı işçisi Ağaxan Nəzərov vəfat edib.

"Report" xəbər verir ki, o, 73 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişb.

Qeyd edək ki, Ağaxan Mirzə oğlu Nəzərov 1948-ci il avqustun 14-də Laçın rayonunun Məzməzək kəndində anadan olub.

1965-1987-ci illərdə rayonun Güləbird kəndinidəki "Sarı Aşıq" adına kolxozda müxtəlif işlərdə işləyib. 1987-ci ildə Güləbird kənd yanacaq doldurma məntəqəsinə müdir təyin edilib.

1997-ci ildən yaratdığı "Müqabil" firmasının rəhbəri vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Laçın rayon Ağsaqqallar Şurasının üzvü, eyni zamanda Laçın Poliş şöbəsi yanında hüquq qaydasının təmini üzrə İctimai Şuranın üzvü olub.

Prezident İlham Əliyevin 19 fevral 2009-cu il sərəncamı ilə Laçın şəhərinin 85 illik yubileyi münasibəti ilə əməkdar kənd təsərrüfatı işçisi fəxri adına layiq görülüb.

A.Mirzəyev Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin atasıdır.

Allah rəhmət eləsin!

.

Son xəbərlər

Orphus sistemi