"Embawood” şirkəti “Azərsu” ASC-ni məhkəməyə verib

"Embawood” şirkəti “Azərsu” ASC-ni məhkəməyə verib Embawood” MMC “Azərsu” ASC-ni məhkəməyə verib.
Hadisə
26 Aprel , 2019 09:42
Embawood” şirkəti “Azərsu” ASC-ni məhkəməyə verib

"Embawood” MMC “Azərsu” ASC-ni məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC 590 manat borcun silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Belə ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməyib.

Qərara əsasən, sənədlər geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi