Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO

Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.
Hadisə
22 May , 2020 22:57
Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO
Foto: "Report"

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, respublikamızın qərb bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib.

Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb. Tovuz, Şəmkir və digər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb. 

Son xəbərlər

Orphus sistemi