Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt. 1 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişən gənc oğlanın şəxsiyyəti məlum olub.
Hadisə
1 Yanvar , 2019 18:11
Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt. 1 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişən gənc oğlanın şəxsiyyəti məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 16:28

Sumqayıt. 1 yanvar. REPORT.AZ/ Sumqayıt sakinini cərəyan vuraraq öldürüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin damında təmir işləri aparıılan zaman baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxsi damdan təmir işləri aparan zaman elktrik cərəyanı vurub. 

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin qəza-xilasetmə dəstəsi meyiti elektrik naqilindən ayıraraq damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər. 

Daha əvvəl Neftçalada 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.


Son xəbərlər

Orphus sistemi