Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb Bakı. 13 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.
Xarici siyasət
13 Mart , 2018 19:41
Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığına diqqət çəkilib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək iki ölkə arasındakı siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Bu xüsusda, nazir 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğunu ifadə edib.

F.Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib və hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin təşviq edilməsinin əhəmiyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi