Çantasında 11 kq narkotik maddə olan şəxs tutulub - FOTO

Çantasında 11 kq narkotik maddə olan şəxs tutulub - FOTO Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb
Hadisə
26 Dekabr , 2016 12:45
Çantasında 11 kq narkotik maddə olan şəxs tutulub - FOTO

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.  Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb.

A.Almasov ilkin dindirmə zamanı Azərbaycana qanunsuz olaraq qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitələri qabaqcadan cinayət əlaqəsinə girdiyi tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi