Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib

Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşovun İstanbulda yaşayan nəvəsi Gülnarə Kürdəmir və
Hadisə
8 Oktyabr , 2021 22:40
Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib
Gülnarə Kürdemir
0 : 00
0 : 00

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemir vəfat edib.

"Report" xəbər verir ki, Gülnarə Kürdemir 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gülnarə Kürdemir Topçubaşovun Türkiyənin İstanbul şəhərində yaşayan yeganə nəvəsi idi.

98 yaşlı Gülnarə xanım 2018-ci ildə AXC-nin 100 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi