Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb - FOTO

Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb - FOTO Bakı. 2 iyul. REPORT.AZ/ Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb.
Hadisə
2 İyul , 2018 13:42
Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb - FOTO
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Belə ki, iyul ayının 1-də Ələt qəsəbəsinin Pirsaat adlanan ərazisində qəsəbə sakini 1998-ci il təvəllüdlü Rəhimov Nadir İlqar oğlu dənizdə çimən zaman köməksiz vəziyyətdə qalaraq boğulub. Gecə saatlarında N.Rəhimovun meyiti dənizdən tapılıb.

Mərhumun meyiti bu gün torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi