Ələt-Astara yolunda yük maşını minik avtomobili ilə toqquşub - FOTO

Ələt-Astara yolunda yük maşını minik avtomobili ilə toqquşub - FOTO Nəticədə 1 nəfər xəsarət alıb
Hadisə
2531
11 Mart , 2018 18:52
Ələt-Astara yolunda yük maşını minik avtomobili ilə toqquşub - FOTO
Report

Cəlilabad. 11 mart. REPORT.AZ/ Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağırtonnajlı “Shacman” yük maşını yolu dönmək istəyən “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ”ın sərnişini, rayonun Astanabad kənd sakini, 1968-ci il təvəllüdlü Abbasova Vəsilə Əkbərağa qızı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi