​Ələt-Astara yolunda qəza baş verib, 1 nəfər ölüb

​Ələt-Astara yolunda qəza baş verib, 1 nəfər ölüb Hadisə Salyan ərazisində qeydə alınıb
Hadisə
5 İyul , 2015 06:25
​Ələt-Astara yolunda qəza baş verib, 1 nəfər ölüb

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün gecə saatlarında Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi