Ələt-Astara yolunda minik maşını motosikletlə toqquşub, 2 nəfər yaralanıb - FOTO

Ələt-Astara yolunda minik maşını motosikletlə toqquşub, 2 nəfər yaralanıb - FOTO Hadisə Lənkəran şəhərində baş verib
Hadisə
9 May , 2018 20:39
Ələt-Astara yolunda minik maşını motosikletlə toqquşub, 2 nəfər yaralanıb - FOTO
Report

Lənkəran. 9 may. REPORT.AZ/ Ələt-Astara magistralının 200 km-də, yolun Lənkəran rayonundan keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, "VAZ-2107" markalı "42-BL-759" dövlət qeydiyyat nişanlı avtomobil Digah kəndi ərazisində 1962-ci il təvəllüdlü Lənkəran şəhər sakini Abbasov Qurbanın idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü və Ürgə kəndindən olan 1981-ci il təvəllüdlü sərnişini Samir Şiriyev xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən Q.Abbasova qapalı kəllə-beyin travması, alın-gicgah nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi