Ələt-Astara yolunda maşın maneəyə çırpılıb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Ələt-Astara yolunda maşın maneəyə çırpılıb, 4 nəfər yaralanıb - YENİLƏNİB Ələt-Astara magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət aln şəxslərin adları məlum olub.
Hadisə
22 Aprel , 2019 23:08
Ələt-Astara yolunda maşın maneəyə çırpılıb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Ələt-Astara magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət aln şəxslərin adları məlum olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində 1 ailənin 4 üzvü - Xırdalan şəhəri, Cavanşir küçəsində yaşayan 72 yaşlı Novruzova Qəmər, 45 yaşlı Novruzova Afət, 23 yaşlı Novruzova Nuranə və 6 aylıq körpə Ocaqverdiyeva Zeynəl Qafqaz qızı xəsarət alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıblar.


*** 21:08

Ələt-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil havanın yağışlı olması səbəbindən yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. Onların adları dəqiqləşdirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi