Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var - FOTO - YENİLƏNİB

Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var - FOTO - YENİLƏNİB Sabirabad. 7 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
7 Yanvar , 2019 01:58
Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var - FOTO - YENİLƏNİB
Foto: "Report"

Sabirabad. 7 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Azadkənd kəndində qeydə alınıb.

Neftçala rayon sakini, 1965-ci il təvəllüdlü Ələkbərov Ağahüseyn Ələkbər oğlu idarə etdiyi 90-MH-802 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan inəyi vurub. Qəza zamanı avtomobilin ön şüşəsinə çırpılan inək ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücü ilk tibbi yardım aldıqdan sonra Travmatologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



***21:45

Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Azadkənd kəndində qeydə alınıb.

Neftçala rayon sakini Ələkbərov Ağahüseyn Ələkbər oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi