Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub.
Bildirilib ki, təqsirləndirilən şəxsin məhkəməyə gətirilməsi ilə bağlı onun saxlanıldığı istintaq təcridxanasına məktub ünvanlanmayıb.
Proses iyunun 3-dək təxirə salınıb.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "