​Elçin Behbudovun qardaşı 8 min manatlıq dələduzluqda ittiham olunur

​Elçin Behbudovun qardaşı 8 min manatlıq dələduzluqda ittiham olunur Onun barəsində iki vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib
Hadisə
19 Fevral , 2016 16:45
​Elçin Behbudovun qardaşı 8 min manatlıq dələduzluqda ittiham olunur

Bakı. 19 fevral. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı Eldar Behbudov barəsində iki vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib.

"Report"un əldə etdiyi məlumata görə, Eldar Behbudov həmin vətəndaşlardan ayrı-ayrı vaxtlarda ümumilikdə 8 min manat (3 min və 5 min manat) pul alıb.

Lakin sonradan o, həmin şəxslərin pullarını geri qaytarmayıb. Eldar Behbudov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Eldar Behbudovun bacısı "Report"a bildirib ki, qardaşı Yasamal Rayon Polis İdarəsinə çağırılıb: "Bu gün qardaşımla danışdım. O mənə dedi ki, Yasamal Rayon Polis İdarəsinin rəisi məni idarəyə çağırıb. Rəis qardaşımın tanışı olduğu üçün onunla görüşmək məqsədilə idarəyə çağırıb. Lakin Eldar Behbudovun həbs olunması yalandır. O, hazırda polis idarəsindədir".

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci il noyabr ayının 13-də vəfat edib.

Son xəbərlər

Orphus sistemi