Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirilib

Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirilib Əlcəzairdə köklü siyasi islahatlar və mövcud iqtidarın istefası tələbilə müxtəlif şəhərlərdə on minlərlə sakinin iştirakı ilə yenidən nümayişlər keçirilib.
Hadisə
19 İyul , 2019 20:58
Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirilib

Əlcəzairdə köklü siyasi islahatlar və mövcud iqtidarın istefası tələbilə müxtəlif şəhərlərdə on minlərlə sakinin iştirakı ilə yenidən nümayişlər keçirilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Onlar hamısı getsin!”, “Tələbimiz qanunçuluqdur!”, “Küçənin səsini eşitməyin vaxtıdır!” kimi şüarlarla küçələrə çıxan etirazçılar müvəqqəti prezident Əbdülqədir Bensalah və baş nazir Nurəddin Bedoinin istefasını, ölkə rəhbərliyinə yeni şəxslərin gəlməsini tələb edirlər.

Xatırladaq ki, bu ilin aprel ayında kütləvi etiraz nümayişlərindən sonra 20 il ölkəni idarə etmiş prezident Abdüləziz Buteflika istefa vermişdi. Hakimiyyətə gələn hərbçilər siyasi böhrandan çıxış yolunun yeni prezident seçkiləri keçirmək olduğunu açıqlamışdılar. Lakin iyulun 4-nə nəzərdə tutulmuş seçkilər namizədlərin olmaması üzündən baş tutmamışdı.

Son xəbərlər

Orphus sistemi