​Ekvadorda avtobusun çaya aşması nəticəsində 9 məktəbli ölüb

​Ekvadorda avtobusun çaya aşması nəticəsində 9 məktəbli ölüb Hadisə nəticəsində məktəblilərlə birlikdə sürücü də ölüb
Hadisə
15 iyun 2016 21:51
​Ekvadorda avtobusun çaya aşması nəticəsində 9 məktəbli ölüb

Bakı. 16 iyun. REPORT.AZ/ Ekvadorda məktəbliləri daşıyan avtobusun çaya düşməsi nəticəsində 9 məktəbli ölüb. "Report"un məlumatına görə, bu haqda yerli "Ecuavisa" portalı xəbər yayıb.

Hadisə avtobus Napo vilayətindəki Oyakaçi çayının üzərindəki körpüdən keçərkən baş verib. Məlumata görə, məktəblilərlə birlikdə sürücü də ölüb.

Hakimiyyət orqanları yalnız sürücünün ölməsi xəbərini təsdiqləyiblər.  

Orphus sistemi