Ekspert: "Pirotexniki vasitələr insan sağlamlığı, ətraf mühit üçün böyük təhlükə yaradır"

Ekspert: "Pirotexniki vasitələr insan sağlamlığı, ətraf mühit üçün böyük təhlükə yaradır" Hər il bayramqabağı bazarlarda pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı vasitələrin satışına rast gəlinir. Dövlət Gömrük Komitəsi (DGK) də bu cür vasitələrin ölkəyə gətirilməsinin qarşısının alınması barədə vaxtaşırı məlumatlar yayır. Görəsən, ölkə ərazisində pirotexniki vasitələrdən istifadəyə icazə varmı? Bu cür vasitələr insan sağlamlığı üçün təhlükəlidirmi?
Hadisə
17 Dekabr , 2019 14:31
Ekspert: Pirotexniki vasitələr insan sağlamlığı, ətraf mühit üçün böyük təhlükə yaradır

Hər il bayramqabağı bazarlarda pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı vasitələrin satışına rast gəlinir. Dövlət Gömrük Komitəsi (DGK) də bu cür vasitələrin ölkəyə gətirilməsinin qarşısının alınması barədə vaxtaşırı məlumatlar yayır. Görəsən, ölkə ərazisində pirotexniki vasitələrdən istifadəyə icazə varmı? Bu cür vasitələr insan sağlamlığı üçün təhlükəlidirmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Report”a açıqlamasında bildirib ki, pirotexniki vasitələrin bayramqabağı bazara çıxmasına səbəb insanların tələbatıdır: "İnsanların bunu özlərinə əyləncə, bayrama daha da şənlik qatmaq üçün aldıqlarını bilən işbazlar daha çox gəlir qazanmaq istəyirlər. Bu səbəbdən də bu cür vasitələri qeyri-qanuni yollarla ölkəyə gətirirlər. Ümumiyyətlə, qanunla pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qadağandır. Dövlət Gömrük Komitəsi hər il pirotexniki vasitələrin ölkəyə qeyri-qanuni yollarla gətirilməsi faktları ilə bağlı mətbuatda onlarla açıqlama yayımlayır”.

"Pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qanunla qadağandır".

Elmar Nurəliyev

Təhlükəsizlik məsələləri üzrə ekspert

Onun sözlərinə görə, pirotexniki vasitələr insan sağlamlığına zərərli maddələrdən hazırlanıb: "Bu cür vasitələr ətraf mühit üçün də böyük təhlükə yaradır. İlk növbədə, pirotexniki vasitələr ölkəyə qeyri-qanuni gətirildiyindən onun keyfiyyətindən heç kim əmin ola bilməz. Bu cür vasitələr xaricdə istehsalçı şirkətdən tədarük olunarsa, bunun leqal gətirilməsi lazımdır. Ancaq pirotexniki vasitələri böyük istehsal müəssisələrindən deyil, haradasa kustar üsulla düzəldilən yerlərdən, sexlərdən aldıqları üçün texniki tərkibi haqqında sertifikatı, istifadə qaydaları barədə məlumatlar olmur. Təsəvvür edin, bu da həmin vasitələrdən istifadə edənlər üçün necə təhlükəlidir. Həmin vasitənin içində normadan artıq partlayıcı maddə ola bilər. Bu da insanın üzünü, əl-ayağını yandıra bilər. Ötən il Yeni il günündə 5 uşaq partlayıcı vasitələrdən xəsarət almışdı. İkisinin əllərində yanıq, digərlərində isə travma yaranmışdı. Bu vasitələrin texniki göstəriciləri barədə üzərində heç bir məlumat yoxdur. Ən pisi isə insanlar bu vasitələri alıb bir müddət evdə də saxlayırlar. Nəzərə almaq lazımdır ki, pirotexniki vasitələrin içərisindəki barıt, hətta Günəş süaları nəticəsinə öz-özünə alışa da bilər. Bu da ailə üzvləri üçün faciə ilə nəticələnə bilər. Ona görə də bu cür vasitələrdən istifadə etmək təhlükəlidir”.

"Report" mövzu ilə əlaqədar Dövlət Gömrük Komitəsinə sorğu göndərib. Komitədən bildirilib ki, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanununa əsasən həmin siyahıya daxil edilən pirotexniki vasitələrin dövriyyəsi Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli fərmanında nəzərdə tutulmuş qaydada, yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icəzə əsasında həyata keçirilə bilər. 

Son xəbərlər

Orphus sistemi