Ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar elan edilib

Ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar elan edilib Ali Məhkəmədə ehtiyatsızlıqdan adamöldürmədə təqsirləndirilən Saleh Tağıyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
28 Yanvar , 2020 17:27
Ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar elan edilib

Ali Məhkəmədə ehtiyatsızlıqdan adamöldürmədə təqsirləndirilən Saleh Tağıyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayının 14-ü Kürdəmir rayonunun Sovla kəndi ərazisində baş verib.

Belə ki, kəndin otlaq sahəsində Sovla kənd sakini S.Tağıyevin ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Kərimova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən A.Kərimov orada ölüb.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Tağıyev tutulub, ondan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə S.Tağıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi Şirməmməd Kərimov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra Ş.Kərimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi