Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb Azərbaycanda əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb.
Hadisə
12 Avqust , 2022 11:53
Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 18223 cinayət faktı qeydə alınıb.

Bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,1 faiz çoxdur.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 32 bənd artaraq 179 olub. Onların 61,4 faizi az ağır, 22,6 faizi böyük ictimai təhlükə törətməyən, 16,0 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Cinayətlərin strukturunda 7976 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 6769 hadisə iqtisadi sahədə, 2761 hadisə şəxsiyyət əleyhinə, 714 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 306 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 3-ü isə digər cinayətlərdir.

Qeydə alınan şəxsiyyət əleyhinə olan cinayətlərin 84,8 faizini (2340 cinayət hadisəsi) həyat və sağlamlıq əleyhinə olan cinayətlər təşkil edir ki, onların da 1658-i qəsdən sağlamlığa yüngül zərər vurma, 272-si qəsdən sağlamlığa az ağır zərər vurma, 163-ü qəsdən sağlamlığa ağır zərər vurma, 111-i qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 7-si ehtiyatsızlıqdan adam öldürmə, 9-u əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.

Cari ilin yanvar-iyun ayları ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 189 cinayət hadisəsi törədilib.

Son xəbərlər

Orphus sistemi