Yuxarı

"EgyptAir": Radarlardan itən təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

Göyərtədə Misir, Fransa, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və İraq vətəndaşları olub

Bakı. 19 may. REPORT.AZ/ Aralıq dənizi üzərində radarlardan itən "EgyptAir" şirkətinə məxsus təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Bu barədə "Report"a "EgyptAir" şirkətindən məlumat verilib.

Məlumata görə, təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi MS804 reysi üzrə Parisdən Qahirəyə uçuş həyəta keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi