Əfv sərəncamı iki saylı cəzaçəkmə müəssisəsində icra olunub, üç nəfər azadlığa buraxılıb

Əfv sərəncamı iki saylı cəzaçəkmə müəssisəsində icra olunub, üç nəfər azadlığa buraxılıb Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. "Report" xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam
Hadisə
26 May , 2024 12:13
Əfv sərəncamı iki saylı cəzaçəkmə müəssisəsində icra olunub, üç nəfər azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

“Report” xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam səkkiz nəfərə şamil olunub.

Belə ki, onlardan 3 nəfər azadlığa buraxılıb, 5 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya endirilib.

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 3 məhkuma arayış təqdim edib.

Bununla da, onlar azadlığa buraxılıblar.

Xatırladaq ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi