Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı rəsmi açıqlama

Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı rəsmi açıqlama Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
Hadisə
1137
10 Avqust , 2020 12:14
Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı rəsmi açıqlama

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. 

"Report"un məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Orphus sistemi