Edvard Karvardin: "Azərbaycanda da uşaqlar zorakılıqdan əziyyət çəkirlər"

Edvard Karvardin: "Azərbaycanda da uşaqlar zorakılıqdan əziyyət çəkirlər" BMT-nin hesablamalarına görə, qadınlara qarşı zorakılığın baş verməsi Azərbaycan üçün hər il iqtisadi baxımdan 3,3 milyard manat itkinin olması deməkdir və bu, qaytarılmayan itkilərdir.
Hadisə
21 Noyabr , 2019 11:39
Edvard Karvardin: Azərbaycanda da uşaqlar zorakılıqdan əziyyət çəkirlər
Edvard Karvardin / Report

"BMT-nin hesablamalarına görə, qadınlara qarşı zorakılığın baş verməsi Azərbaycan üçün hər il iqtisadi baxımdan 3,3 milyard manat itkinin olması deməkdir və bu, qaytarılmayan itkilərdir".

"Report" xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın 1992-ci ildən uşaq hüquqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər ölkənin gənc vətəndaşlarla bağlı üzərinə götürdüyü öhdəliyin bir təzahürüdür: "Amma təəssüf olsun ki, qadınlara və uşaqlara qarşı zorakılığın davam etməsi hələ də uşaq hüquqlarının qorunması üçün bir təhlükədir. Çox zaman da bu zorakılıq gözlə görünmür. Evlərdə, məktəblərdə, qapalı məkanlarda uşaqlara qarşı zorakılıq baş verir. Təəssüf ki, elə Azərbaycanda da uşaqlar zorakılıqdan əziyyət çəkirlər və belə hallar var".

E.Karvardin qeyd edib ki, 2018-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu tərəfindən aparılan tədqiqatlara görə, təqribən hər 3 qadından biri öz həyatları boyu fiziki zorakılıq halları ilə üzləşib: "Eyni zamanda, sosial mediada da qadınlara və uşaqlara qarşı zorakılıq hallarının baş verməsi haqqında məlumatlar verilir. Bu zorakılıq halları onların sonrakı həyatlarına da öz təsirini göstərir. Bu gün bizim buna qarşı mübarizə aparmaq imkanımız var".

"Ümid edirəm ki, Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyasının qəbulu zorakılığın qarşısının alınması üçün növbəti addım olacaq. Artıq bu məsələ Azərbaycanda gündəmdədir və bununla bağlı təşəbbüs irəli sürülüb. Artıq Azərbaycanda zorakılığın qarşısının alınması üçün çox ciddi işlər görülüb, "Kids save" kimi yeni onlayn təhlükəsizlik mexanizmləri təqdim olunur. Ümid edirəm ki, bu işlər davam etdiriləcək, təmsil etdiyim təşkilat bu sahədəki işlərə dəstək göstərməyə hazırdır", - Edvard Karvardin əlavə edib.

Son xəbərlər

Orphus sistemi