Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayır

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayır Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru işləmiş Fərid Cəlilovun cinayət işi üzrə istintaq başa çatıb.
Hadisə
13 İyun , 2019 11:27
Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayır

Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru işləmiş Fərid Cəlilovun cinayət işi üzrə istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İlham Mahmudovun sədrlik etdiyi kollegiyanın icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, F.Cəlilov Türkiyə vətəndaşı Elemana Necatidən birgə biznes qurmaq adı ilə 155 min manat alaraq qaytarmamaqda ittiham olunur.

E.Necatinin şikayətindən sonra F.Cəlilov vəzifəsindən və ədliyyə sistemindən çıxarılıb və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi