Ədliyyə Nazirliyinə işə qəbulla bağlı keçiriləcək test imtahanının vaxtı məlum olub

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı keçiriləcək test imtahanının vaxtı məlum olub İmtahan noyabr ayının 19-da keçiriləcək
Hadisə
11 Noyabr , 2014 16:34
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı keçiriləcək test imtahanının vaxtı məlum olub
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyinə (ƏN) işə qəbulla bağlı keçiriləcək test imtahanının vaxtı məlum olub. "Report" xəbər verir ki, Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı noyabr ayının 19-da keçiriləcək. Bununla əlaqədar cari ilin sentyabr ayından başlanan sənəd qəbulu noyabr ayının 14-də başa çatır.

İmtahan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək. İmtahanın gedişi həmçinin nazirliyin internet səhifəsi vasitəsilə "online" rejimində birbaşa yayımlanacaq.

Xatırladaq ki, qaydalara əsasən, test imtahanının yekununa görə 55 və daha artıq bal toplayan namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilən bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17-18 noyabr tarixlərində saat 09:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə ƏN-nin inzibati binasında götürməlidirlər.

Son xəbərlər

Orphus sistemi