Ədliyyə Nazirliyi: Yanğında xəsarət alan olmayıb

Ədliyyə Nazirliyi: Yanğında xəsarət alan olmayıb Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.
Hadisə
1708
26 Avqust , 2020 12:45
Ədliyyə Nazirliyi: Yanğında xəsarət alan olmayıb

Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.

Nazirlikdən "Report"a daxil olan məlumatda deyilir:

"Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. 

Eyni zamanda FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. 

Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb".

Son xəbərlər

Orphus sistemi