Ədliyyə Nazirliyi dünya birliyinə ermənilərin cinayətləri barədə müraciətlərinin sayını açıqlayıb

Ədliyyə Nazirliyi dünya birliyinə ermənilərin cinayətləri barədə müraciətlərinin sayını açıqlayıb “Ölkəmizə qarşı hərbi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasının təşviqi istiqamətində də Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər həyata keçirilib, Azərbaycan, ingilis v
Hadisə
22 Noyabr , 2021 01:20
Ədliyyə Nazirliyi dünya birliyinə ermənilərin cinayətləri barədə müraciətlərinin sayını açıqlayıb

“Ölkəmizə qarşı hərbi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasının təşviqi istiqamətində də Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər həyata keçirilib, Azərbaycan, ingilis və rus dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılaraq daim zənginləşdirilib, müxtəlif saytlara inteqrasiyası təmin olunub. Bu platformadan çoxminli istifadəçi yararlanıb”.

“Report”un məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.

Nazirlik tərəfindən, həmçinin 80-ə yaxın ölkənin Ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərilib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb: “Avropa Şurası ədliyyə nazirlərinin konfransında ermənilərin insanlıq əleyhinə və müharibə cinayətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb”.

Son xəbərlər

Orphus sistemi