Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə seminar keçirib

Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə seminar keçirib Birinci instansiya məhkəməsi hakimlərinin və işçilərinin iştirakı ilə üç günlük onlayn seminar keçirilib
Hadisə
11 Fevral , 2021 17:35
Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə seminar keçirib

Avropa Şurası və Avropa İttifaqı təmsilçilərinin, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi nümayəndələrinin, Ali, Apellyasiya və birinci instansiya məhkəməsi hakimlərinin və işçilərinin iştirakı ilə üç günlük onlayn seminar keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirin açılışında Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes, CEPEJ-in prezidenti Ramin Qurbanov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Layihə koordinatoru Məryəm Hacı-İsmayılova çıxış ediblər.

Seminarda məhkəmə sahəsində qazanılmış nailiyyətlər və tətbiq olunan yeniliklər qeyd edilib, o cümlədən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli fərmanının icrası ilə bağlı mühüm qanunların qəbul edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqinin genişləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə həmçinin Avropa İttifaqı və Avropa Şurası ilə birgə həyata keçirilən layihənin məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmə prosesində vaxtın idarə olunması, məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Onlayn seminarda məhkəmə fəaliyyətində səmərəlilik və keyfiyyət ölçüsü alətlərinin yayılması ilə bağlı hazırlanmış Yol Xəritəsinin icrasının təşkili məsələləri müzakirə edilib, bununla bağlı beynəlxalq ekspert və milli tərəfdaşlar tərəfindən hazırlanmış Fəaliyyət Planının təqdimatı keçirilib.

Son xəbərlər

Orphus sistemi